Milli Şuranın rəhbəri Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə çağrılıb.
Teleqraf xəbər verir ki, bu barədə o, özünü feysbuk hesabında məlumat paylaşıb.
Qeyd edək ki, C.Həsənli bir müddət əvvəl də PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində dindirilməsiüçün DTX-yəçağırılmışdı.O, dindirildikdən sonra sərbəst buraxılmışdı.