AZ

İran əfqan miqrantları deportasiya edir

İran Daxili İşlər Nazirliyinin Əcnəbilər və Qaçqınlar İdarəsinin rəhbəri Nadir Yarahmedi, Əfqanıstan vətəndaşı olan 1 milyon 600 min miqrantın ölkədən çıxarıldığını bildirib.

“Hazırda ölkədə 4 milyon 500 min Əfqanıstan vətəndaşı qalır. Onlarla bağlı icazə sənədləri əsasında yoxlamalar davam edir və çıxış tarixlərinin müəyyənləşdirilməsi üçün iş aparılır”.

Nadir Yarahmedi 2021-ci ildə Əfqanıstanda baş verən hakimiyyət dəyişikliyindən sonra əvvəlki hökumət dövründə çalışan bir çox şəxsin İrana sığındığını vurğulayıb və əlavə edib:

“Əvvəlki Əfqanıstan hökumətinin hərbi heyətində çalışmış və ölkələrinə qayıtdıqları təqdirdə həyatları təhlükədə olan şəxslərin İranda qalmasına icazə verilib”.

Deportasiya olunanların 75 faizinin öz istəkləri ilə ölkəni tərk etdiyini iddia edən Nadir Yarahmedi deyib:

“12 günlük İran-İsrail müharibəsi zamanı bir çox əcnəbi geri dönüş mərkəzlərinə müraciət etməyə başladı. Müharibə səbəbilə onlara sərhədə öz imkanları ilə getməli olduqları bildirildi. Sərhəddə sıxlıq yaransa da, 15 gün ərzində vəziyyəti nizamlaya bildik”.

İran miqrasiya axınının qarşısını almaq məqsədilə 2023-cü ildə ölkənin şərq sərhədləri boyunca təxminən 900 kilometr uzunluğunda divar çəkməyə başlamışdı.

Seçilən
103
cebheinfo.az

1Mənbələr