AZ

ABŞ Ukraynaya vaxt verdi

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı qərar vermək üçün cəmi bir neçə gün vaxt verib.

Herbiand.az xəbər verir ki, bu barədə "Politico"nun məlumatına görə, ABŞ Ukraynaya NATO çərçivəsində alacağı təhlükəsizlik zəmanətlərinə bənzər zəmanətlər təklif edir, lakin razılaşmanın Milad bayramına qədər yekunlaşdırılmalı olduğunu, əks halda şərtlərin pisləşə biləcəyini açıq şəkildə bildirib.

ABŞ rəsmisinə istinad edən "Politico" əldə oluna biləcək razılaşma Ukraynanın güclü və azad ölkəyə çevrilməsinə imkan verəcək. Çünki Rusiya bütün bu şərtləri qəbul edəcək.

Mənbə bildirib ki, Ukrayna nümayəndə heyəti Trampın daha güclü təhlükəsizlik zəmanətlərinə razılıq vermək və onları Konqresdə təsdiqləmək istəyindən xoş təəccüblənib. Sənədin konqresdə təsdiqlənməsi təminatın Trampın prezidentlik müddəti bitəndən sonra da qüvvədə olmasına zəmanət verir.

Seçilən
103
herbiand.az

1Mənbələr