“Atletiko Madrid”in mərkəz yarımmüdafiəçisi Pablo Barrios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az "Fichajes" nəşrinə istinadla xəbər verir ki, Londonun “Tottenhem” klubu 22 yaşlı futbolçunun transferi üçün Madrid təmsilçisinə 80 milyon avro məbləğində təklif göndərməyə hazırdır.
Pablo Barrios cari mövsümdə “Atletiko Madrid”in heyətində bütün turnirlər üzrə 22 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Gənc yarımmüdafiəçinin Madrid klubu ilə mövcud müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, “Transfermarkt” portalı Pablo Barriosun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
La Liqa klubu baş məşqçisini QOVUB
İspaniyalı müdafiəçi “İnter Mayami”də - RƏSMİ
“Milan”da yeni müqavilə - RƏSMİ
"Mançester Siti" "Tottenhem"in müdafiəçisini transfer etmək istəyir
Braziliyda Karlo Ançelotti qərarı