"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir. Əslində, söhbət layihənin üçtərəfli işçi qrupu çərçivəsində əvvəllər razılaşdırılmış hissəsindən gedir. Rusiya Dəmir Yollarının nəzdində Cənubi Qafqaz Dəmir Yolları ŞirkətiErmənistanda dəmir yolu şəbəkəsini işlətmək üçün konsessiyaya malikdir.Regionda reys ölçüsü də Rusiya dəmir yolu sisteminə əsaslanır. Eyni zamanda, "Tramp yolu" sərhəd qüvvələrimizin məsuliyyət zonasından keçəcək".

(Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin)
Mixail Kalugin həmçinin vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü fonunda "Tramp yolu" layihəsininRusiyanın iştirakından kənar reallaşması çətindir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" ("Tramp yolu" / TRIPP) adlanacağını bildirib.
![]() |
| İranlı politoloq:"Tehran "Tramp yolu"ndan məmnun deyil" |
Ermənistanın Baş naziri Nikol Paşinyan hələ avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Hərçənd Tehran layihədən razı görünmür. Dekabrın 10-da İran-Avrasiya Təhqiqatları İnstitutunun direktor müavini, politoloq Armina Arm "Sputnik Armenia" xəbər saytına açıqlamasında söyləyib ki, İran layihənin icrası fonunda özünün "qırmızı xətləri" barədə Bakı və İrəvanı dəfələrlə məlumatlandırıb:
"İran hazırda prosesin gedişini izləyir. Cənubi Qafqazda regiondan kənar qüvvələrin, xüsusən də ona qarşı 40 ildən çoxdur ki sərt sanksiyalar irəli sürən ABŞ-nin mövcudluğunun əleyhinədir".
Mütəxəssisin sözlərinə görə, Ukraynada müharibə başa çatdıqda, Rusiya yenidən Cənubi Qafqaza fokuslandıqdalayihənin reallaşması istiqamətində vəziyyət tamamilə dəyişə bilər.
Firudin Həmidli
AzVision.az
