AZ

Kadırov: “Qroznıya cavab zərbəsi” endirildi  

Çeçenistan rəhbəri Ramzan Kadırov “Qroznıya cavab” adlandırdığı artilleriya zərbəsinin görüntülərini sosial şəbəkələrdə yayımlayıb. 

NOCOMMENT.az xəbər verir ki, kadrlar onun Teleqram kanalında yerləşdirilib.

Kadırovun sözlərinə görə, zərbədən əvvəl pilotsuz uçuş aparatları ilə kəşfiyyat aparılıb və Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş mövqeləri aşkar edilib. Daha sonra həmin hədəflərə artilleriya atəşi açılıb.

Videoda mərmilərdən birinin üzərində “Qroznı üçün” yazıldığı və həmin mərminin atıldığı əks olunur.

O, həmçinin bildirib ki, Ukrayna PUA-larının Çeçenistana təhdidi davam edir. Əsas marşrutların bağlandığını desə də, bəzi dronların hədəfə yaxınlaşa bildiyini qeyd edib.

Xatırladaq ki, dekabrın 5-də “Qroznı-Siti” kompleksindəki bir göydələn pilotsuz aparatın hücumu nəticəsində zədələnmişdi.

Seçilən
105
nocomment.az

1Mənbələr