AZ

Kəmaləddin Heydərov 20 il ərzində FHN-də görülən işləri açıqlayıb

2024-cü ildə 14856 təbii və texnogen hadisə qeydə alınıb -Kəmaləddin Heydərov

Bakı.Trend:

44 günlük Vətən müharibəsi Cənab Prezident, Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi işğaldan azad edilən ərazilərimizqazanılan uğurların zirvəsində dayanır.

Trend xəbər verir ki, bu fikirləri bu gün Fövqəladə HallarNaziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi işçilərininpeşə bayramı günü və Nazirliyin yaradılmasının 20-ci ildönümü iləəlaqədar FHN-in Akademiyasında keçirilən təntənəli mərasimdədeyib.

O bildirib ki, qüdrətli Azərbaycan ordusu cəmi 44 gün davam edənDəmir Yumruq əməliyyatı çərçivəsində Ermənistanın işğal altındaolan torpaqlarımızı işğaldan azad edib ədaləti bərpa etdi.

“2023-cü ildə antiterror əməliyyatından sonra Azərbaycanən ərazibütövlüyü tam olaraq bərpa edildi. İşğaldan azad edilənərazilərimiz yenidən qurulur, bu torpaqlara həyat geriqayıdır”.

K.Heydərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev istər sovetlərdövründə, istər müstəqillik illərində xalqımızın firavan yaşayışınadaim xüsusi diqqətlə yanaşıb.

“1971-ci ildə indiki neft zavodunda baş verən yanğın,İsmayıllıda dağıdıcı zəlzələ, 1986-cı ildə Çernobl atom elektrikstansiyasında güclü partlayış, 1994-cü ilin mart və iyul aylarındametroda törədilən terror aktları, 2000-ci ilin mart ayında Bayılyamacında torpaq sürüşməsi, həmin ilin Bakıda baş verən zəlzələzamanı Ulu Öndər Heydər Əliyev dərhal hadisə yerinə gələrəkstruktur orqanları hadisənin nəticələrinin aradan qaldırılması üçünsəfərbər edib”.

Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Prezident İlhamƏliyevin sərəncamı ilə 2005-ci il dekabrın 16-da Fövqəladə HallarNazirliyi yaradıldı və bununla da fövqəladə hallara dövlətsəviyyəsində sistemli yanaşılmanın əsası qoyuldu.

“FHN peşəkar dövlət orqanı kimi formalaşdırılıb. Ötən illərərzində 1134 texnika, 789 yanğınsöndürən maşın alınaraq istiasmaraverilib. FHN-nin 9 reginonal mərkəzi istifadəyə verilib. Bu illlərərzində yanğından mühafizə üzrə 80 bina tikilib. Hər il 70000-əyaxın obyektə yanğın əleyhinə texniki müayinə keçirilir”.

Nazir vurğulayıb ki, bütövlükdə 20 il ərzində ölkə iqtisadiyyatı3 dəfədən çox böyüdülüb, irimiqyaslı bərpa və quruculuq işləriaparılıb.

“2007-ci ildə 4517 təbii və texnogen hadisə, 2024-cü ildə isə14856 təbii və texnogen hadisə qeydə alınıb. 2024-cü ildə baş verənfövqəladə hallar zamanı 29000-ə yaxın zərərçəkmiş, 5700-ə yaxınbatma təhlüləsiz altında olan şəxs xilas edilib. 2007-ci ildə təbivə texnogen hadisələr zamanı 132 nəfər, 2024-cü ildə isə buhadisələr zamanı 83 nəfər həyatını itirib”,-deyə nazir əlavəedib.

Seçilən
132
1
az.trend.az

2Mənbələr