AZ

Məktəbdəki qanlı hücumun GÖRÜNTÜLƏRİ: Ürəyi zəif olanlar İZLƏMƏSİN – VİDEO

Moskva ətrafında məktəbə hücumun görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Mühafizəçiyə və 10 yaşlı uşağa hücum edən Timofeyin videosu üzə çıxıb.

Moskva vilayətinin Odintsovo rayonundakı məktəbdə baş verən silahlı hücumun tam görüntüləri sosial şəbəkələrdə yayılıb.

Videoda Timofey K. adlı şagirdin mühafizəçiyə və 10 yaşlı məktəbliyə necə hücum etdiyi əks olunub.

Görüntülərin olduqca ağır və həssas məzmunlu olduğu, izləyənlərdə sarsıntı yarada biləcəyi bildirilir.

Xatırladaq ki, hadisə Qorki-2 qəsəbəsindəki Uspensk orta məktəbində qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
125
interpress.az

1Mənbələr