Bakı, 16 dekabr, AZƏRTAC
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) Direktorlar Şurası isti hava şəraitində matçların keçirilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni reqlament 2026-cı ildən etibarən qüvvəyə minəcək. Belə ki, kişi tennisində Qadın Tennis Assosiasiyasının (WTA) tətbiq etdiyi qaydalardan istifadə olunacaq. Yeni qaydalara əsasən, havanın temperaturu 30,1 dərəcə Selsidən yuxarıdırsa, üçsetli matçlarda oyunçulardan biri istədiyi halda ikinci setdən sonra 10 dəqiqəlik fasilə verilə bilər. Temperaturun 32,2 dərəcəni keçdiyi hallarda isə görüşün müvəqqəti dayandırılması nəzərdə tutulur.
ATP bu dəyişikliklərin oyunçuların sağlamlığını qorumaq məsqədi daşıdığını bildirib.