Parlament “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Sənəd 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.