Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdəçiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşamcənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək, gündüz 7dərəcədən 10 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 771 mm civəsütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 %təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərqrayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüzyağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz7 dərəcədən 10 dərəcəyədək, dağlarda gecə 3 dərəcədən 8 dərəcəyədəkşaxta, yüksək dağlıq ərazilərdə 10 dərəcədən 14 dərəcəyədək şaxta,gündüz 0 dərəcədən 5 dərəcəyədək şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlamasıehtimalı var.