AZ

Sumo əfsanəsi Bakıdakı dünya çempionatında ulduz qonaq qismində iştirak edə bilər – EKSKLÜZİV

Bakı, 16 dekabr, Cavid Əliyev, AZƏRTAC

Dünyanın ən titullu sumo ustası, dəfələrlə “Ginnesin Rekordlar Kitabı”na düşmüş əfsanəvi Hakuho Şo Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatında ulduz qonaq qismində iştirak edə bilər.

Bu barədə AZƏRTAC-a Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov məlumat verib.

Qurum rəsmisi bununla bağlı Hakuho Şo ilə ilkin danışıqlar apardıqlarını bildirib: “İlkin danışıqlar müsbət yöndə irəliləyib. Biz istəyirik ki, Hakuho Şo Bakıdakı dünya çempionatında bizimlə olsun. Lakin yekun qərarı özü verəcək”.

Qeyd edək ki, sumo üzrə dünya çempionatı gələn il oktyabrın 17-18-də Bakı İdman Sarayında təşkil olunacaq.

Seçilən
93
azertag.az

1Mənbələr