AZ

Tramp BBC ni məhkəməyə verib

ain.az, Ayna saytına istinadən bildirir.

ABŞ lideri BBC-dən 5 milyard dollar təzminat tələb edir

ABŞ Prezidenti Donald Tramp süni intellekt və digər texnologiyalardan istifadə edərək sözlərini təhrif etdiyinə görə Britaniya Yayım Korporasiyasına (BBC) qarşı məhkəmə iddiası  qaldırıb.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, iddia ərizəsinə görə, Tramp 6 yanvar 2021-ci il tarixli çıxışının bəzi hissələrini redaktə etdiyinə görə ən azı 5 milyard dollar təzminat tələb edir.

"Bir azdan görəcəksiniz ki, demədiyim sözlərə görə BBC-ni məhkəməyə verirəm. Sözün əsl mənasında, onlar ağzıma sözlər qoydular: heç vaxt demədiyim şeyləri deməyə məcbur etdilər. Düşünürəm ki, süni intellektdən və ya buna bənzər bir şeydən istifadə etdilər", - deyə Amerika Prezidenti Ağ Evdə jurnalistlərə bildirib.

Tramp əvvəllər tanınmış media korporasiyaları ilə çoxsaylı hüquqi mübarizə aparıb. Müxtəlif vaxtlarda o CNN, “ABC News” və “CBS News”, eləcə də “The Wall Street Journal” və “The New York Times”a qarşı məhkəmə iddiaları qaldırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
ayna.az

1Mənbələr