AZ

Amnistiya dövlət başçımızın humanistlik, qayğıkeşlik nümunəsidir - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Milli Məclisə təqdim olunmuş Amnistiya aktının layihəsinə görə, bu 20 mindən çox şəxsi əhatə edəcək vəsay baxımdan ən böyüyü olacaq. Bu isə o deməkdir ki, 20 mindən çox evə istilik gələcək, xoşbəxtlik, nur bəxş ediləcək. Bu, dövlət başçımızın humanistlik, qayğıkeşlik nümunəsi göstərdiyindən, siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığından xəbər verir”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov deyib.

A.Badamov vurğulayıb ki, Azərbaycan dövləti hər bir insanın cəmiyyətdə məqbul həyat keyfiyyəti yaşaması, bunu ləyaqətlə daşıması üçün tələb olunan əsas ictimai ehtiyaclardan asılı olmayaraq bütün insan hüquqlarını və fundamental azadlıqları təşviq edir, qətiyyətlə qoruyur. Azərbaycan vətəndaşına xidmət etmək Azərbaycan Prezidentinin siyasətinin təməlində dayanır. Qayda və qanunlar hamı və hər kəs üçün bərabər olduğu qədər, insan hüquqları da istisnasız olaraq hər kəs üçün təmin edilir. Müzəffər Ali Baş Komandanımızın hərtərəfli siyasəti sayəsində Azərbaycan Konstitusiyasının ali hüquqi qüvvəsi sadəcə Azərbaycanın bütün ərazilərində bərqərar olmaqla kifayətlənmir, bu amil bütün dünyaya nümayiş etdirilərək “Konstitusiya və Suverenlik ili” ilə daha da şöhrət, qürur, əhəmiyyət qazanır. Başa vurduğumuz, verilən ad ilə daha da əhəmiyyət qazanan bu il Azərbaycanın xarici və daxili siyasətində misilsiz uğurlarla tarixə həkk olunur.

Dövlət başçımızın ən həssas nöqtəsi yürütdüyü siyasətdə Ümummilli Lider Heydər Əliyevin ideallarına göstərdiyi sadiqlikdir. Çünki Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə insan amilinə xüsusi həssaslıqla yanaşıb. Ulu Öndərin idarəçiliyi zamanından başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması istiqamətində məqsədyönlü addımlar atılıb. Məhz Ulu öndərin səyı ilə 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyuldu. 1998-ci ildə isə bu cəza tamamilə ləğv olundu. Cənab Prezident İlham Əliyev göstərir ki, Ümummilli Liderin ideallarına bu sahədə də sadiqdir.

Azərbaycan Prezidenti and içərkən Konstitusiyamıza və müqəddəs Quran-i Kərimə and içir. Hüquqlara hörmət etmək, onu təmin etmək, dövlətimizin ana qanununda nəzərdə tutulduğu qədər, bağışlamaq, əfv etmək, bağışlanılmaq və əfv edilmək də dinimizdə savabdır”.

Tahirə Qafarlı

Seçilən
61
hafta.az

1Mənbələr