Bakı. Trend:
Milli Məclis Azərbaycan və Ruanda arasında hava əlaqəsi haqqındaSazişi ratifikasiya edib.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.
Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə RuandaRespublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” 20sentyabr 2025-ci il tarixində Bakı şəhərində imzalanıb.
Bu Saziş tərəf dövlətlər arasında hava əlaqəsinin qurulmasıməqsədilə Çikaqo Konvensiyasına əlavə Saziş bağlamaq niyyəti iləimzalanıb və sənədin müddəaları qeyd olunan Konvensiyanınbeynəlxalq hava əlaqəsinə tətbiq edilən müddəaları iləşərtlənir.
Razılığa gələn tərəflərdən hər biri digərinə yerə enmədən özdövlətinin ərazisi üzərindən uçmaq və qeyri-kommersiya məqsədləriüçün öz dövlətinin ərazisində dayanmaq, həmçinin, bu SazişinƏlavəsində göstərilən marşrutlar üzrə beynəlxalq hava əlaqələriniyerinə yetirmək məqsədilə digər hüquqlar verir.
Hər bir razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrərazılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığagələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildədiplomatik kanallar vasitəsilə təyin etmək hüququna malikdir.Bununla yanaşı, tərəflər yazılı bildiriş əsasında belə təyinatıləğv etmək və ya dəyişmək hüququna da malikdirlər.
Razılığa gələn tərəflər bu Saziş çərçivəsində həyata keçirilənbeynəlxalq hava daşımalarının yerinə yetirilməsində təyin olunmuşaviasiya şirkətlərinə ədalətli və bərabər rəqabət imkanları təqdimedilməsinə şərait yaradırlar.
Razılığa gələn tərəflər mülki hava gəmilərinin qanunsuz ələkeçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinlərinin vəheyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinintəhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin,habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digərtəhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birlərinəbütün lazımi yardımı göstərirlər.
Hər bir razılığa gələn tərəf təyin olunmuş aviasiyaşirkətlərinə, həmin razılığa gələn tərəf tərəfindən qəbul edilənölkənin milli qanunvericiliyinə uyğun olaraq, beynəlxalq sərnişinvə ya yük hava xidmətləri ilə birlikdə yerüstü nəqliyyatnövlərindən istifadə etmək icazəsi verir.
"Azərbaycan Respublikası Hökuməti ilə Ruanda RespublikasıHökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsibarədə qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.