AZ

Məmməd Musayev: Baş Kollektiv Saziş əmək bazarında şəffaflığı artıracaq

BAKI, 16 dekabr. TELEQRAF

"2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Saziş üzrə artıq yekunlaşmaq üzrədir".

Teleqraf xəbər verir ki, bunuBakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışı zamanı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

O qeyd edib ki, busazişin hökumət adından Baş nazirin müavini, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən imzalanması planlaşdırılır.

Məmməd Musayev vurğulayıb ki, Baş Kollektiv Saziş sosial tərəfdaşlığın inkişafını təmin edən əsas sənədlərdən biridir və əmək bazarında planlı, dayanıqlı və şəffaf münasibətlərin formalaşmasına xidmət edəcək.

Seçilən
168
teleqraf.com

1Mənbələr