AZ

Dövlət Agentliyinin daha iki əməkdaşı vəzifədən çıxarıldı Nə baş verir?

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının təhlili departamentinin daha iki əməkdaşı vəzifəsindən ayrılıb.

Departamentdə baş məsləhətçi olaraq çalışan Əmral Qayıbov və böyük məsləhətçi olaraq çalışan İmleyla Ağazadə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, bundan bir neçə gün öncə həmin departamentin rəhbəri Elşən Həsənov və Agentliyin sədrinin müşaviri Əhməd Həsənov də vəzifələrindən ayrılıblar.

Məlumat üçün deyək ki, Ə.Həsənov sədrin müşaviri olmazdan əvvəl, yəni bu ilin mart ayına qədər qurumun dövlət satınalmalarına nəzarət departamentinin rəhbəri, E.Həsənov isə onun müavini olub. Ə.Həsənov müşavir təyin edildikdən sonra E.Həsənov dövlət satınalmalarının təhlili departamentinin rəhbəri vəzifəsinə təyinat alıb/APA

Mia.az xatırladır ki, vəzifədən azad edilənlər əsasən satınalmalarla bağlı departamentdə işləyiblər. Bu isə o qənaəti yaradır ki, ya adıçəkilənlər müxtəlif dövlət qurumlarında keçirilən qondarma Tenderlərə göz yumublar, ya da düzgün təhlil aparmayıblar. İstənilən halda isə proses göstərir ki, artıq tender prosesi ciddi nəzarət altına alınır.

Samir

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
mia.az

1Mənbələr