AZ

“Strateji Gündəlik” sənədi revanşistlər üçün bəhanədir - Deputat

Yazını böyüt
Yazını kiçilt

“2026-cı ildə Ermənistanda keçirləcək seçkilər kontekstində kilsə və digər müxalif qüvvələrin yenidən revanşist çıxışları gücləndirdiyini müşahidə edirik. Seçkilərdə gələcəyə heç bir ümid verməyən bu qüvvələrin niyyəti vəziyyəti gərginləşdirməkdir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat dekabrın 2-də Ermənistan-Avropa İttifaqı arasında inzalanan “Strateji Gündəlik” sənədinin də revanşistlər üçün bəhanə olraq gündəmə gətirildiyini deyib:

"Avropa İttifaqının imzaladığı bu sənəd regionda yaratdığımız sülh gündəliyinə maneə olmağa yönəlib. Avropa İttifaqı unutmamalıdır ki, Azərbaycan yeganə hadisədir ki, bu təşkioata üzv olmadığı halda Avropa ölkələrinin üçdə biri ilə əməkdaşlıq qurub. Eləcə də 8 Avropa ölkəsinə neft ixrac edirik. Onlar bütün bunlardan dərs çıxarmalıdırlar. Avropa İttifaqının rəsmiləri bundan nəticə çıxarmalı və sülhə töhfə verməlidirlər”.

Tahirə Qafarlı

Seçilən
76
hafta.az

1Mənbələr