“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes Premyer Liqada işləməyə açıqdır.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” və “Tottenhem” ispaniyalı mütəxəssislə maraqlanır. “Çelsi”nin marağı daha konkretdir və Enzo Mareskanın istefası halında əsas namizəd Xavi olacaq.
Hazırda “Çelsi” 28 xalla 4-cü, “Tottenhem” isə 22 xalla 11-ci pillədədir.