Bakı. Trend:
Əmək münasibətləri sahəsində yeni çağırışlara hazırlığı təminetmək məqsədilə cari ilin noyabr ayında BƏT ilə 2025–2029-cu illəriəhatə edən Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb.
Trend xəbərverir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevgün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əmək öhdəliklərinəsadiqliyini davam etdirir:
"Azərbaycan Respublikası əmək münasibətləri sahəsində beynəlxalqöhdəliklərə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir. Ölkə buistiqamətdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 konvensiyasını vəbir protokolunu ratifikasiya edib. Əmək münasibətləri sahəsindəyeni çağırışlara hazırlığı təmin etmək məqsədilə cari ilin noyabrayında BƏT ilə 2025–2029-cu illəri əhatə edən Layiqli Əmək üzrəÖlkə Proqramı imzalanıb.
Bu proqram əmək normalarının tətbiqinin genişləndirilməsi, əməkmünasibətlərinin inkişafı, sosial tərəfdaşlığın möhkəmləndirilməsivə dayanıqlı əmək bazarının formalaşdırılması məqsədlərinə xidmətedəcək".