AZ

Trampın yeni gəlini kimdir?

Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin oğlu Donald Trump model Bettina Andersonla nişanlandığını açıqlayıb.

Publika.az məşhur modellə bağlı maraqlı detalları təqdim edir:

Bettina Anderson 1986-cı ilin dekabrında Floridada dünyaya gəlib. 38 yaşı var. O, nüfuzlu ailənin üzvüdür - atası Harri Loy Anderson ABŞ-da ən gənc bank prezidenti olub, anası isə xeyriyyə fəaliyyəti ilə tanınır.

Bettina Kolumbiya Universitetində sənət tarixi üzrə təhsil alıb. Model kimi fəaliyyət göstərərək lüks brendlərlə əməkdaşlıq edib. Sosial mediada aktivdir və moda, həyat tərzi mövzularında məzmun paylaşır.

O, ailəsi ilə birlikdə "The Paradise Fund" adlı xeyriyyə təşkilatını qurub. Təşkilat təbii fəlakətlər zamanı yardımlar göstərir və ətraf mühitin qorunmasına diqqət yetirir. İndi bu qurum "Paradise NGO" adı ilə fəaliyyət göstərir və Bettina burada icraçı direktor kimi çalışır.

Seçilən
92
2
publika.az

3Mənbələr