İradə İbrahimova ərində çox nadir xəstəliyi olduğunu deyib.
“Yeni Sabah” xəbər verir ki, o, “Söhbət var” verilişində bunun yuxu xəstəliyi olduğunu açıqlayıb:
“Ailə qurmazdan əvvəl də belə bir problemi var idi. Dünyada cəmi 10 min insanda mövcuddur. 2-3 gün oyanmadan yatırsan. Adı “Klein-Levin Sindiromu”dur. O qədər nadir xəstəlikdir ki, müalicəsi yoxdur.
Məni istəməyə gəlmişdilər Azərbaycana. Gedib oteldə yatmışdı. Oyada bilmirdilər. Mən də düşünürdüm ki, yəqin, məni istəmədiyi üçün yatıb. Düşünün, nə qədər yatıbsa, 25 yaşımızda evlənəcəkdik, 29-a qismət oldu.
Bütün bunları birlikdə dəf etmişik. Bunun üçün nə qədər psixoloq, psixiatr gəzmişik. Sonra öyrəndik ki, bu, əslində, bir sindirom imiş”.
Aydan Hacı
Telegram kanalımız