BAKI, 16 dekabr. TELEQRAF
“Müasir çağırışlara cavab verən yeni mexanizmlər formalaşdırılmış, vətəndaşların sosial təminatı daim diqqət mərkəzində saxlanılmışdır. Qeyd etmək istərdim ki, 2018-ci ildən etibarən ölkədə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların illik əlavə maliyyə yükü təxminən 6 milyard manat təşkil etmişdir”.
Teleqraf xəbər verir ki, bu fikirləri Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, həyata keçirilən islahatların nəticəsi olaraq əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub:
“Əmək müqavilələrinin sayı 45 faiz artaraq 1,9 milyona çatmışdır. Ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə artmışdır. Eyni zamanda sosial müdafiənin əsas alətlərindən biri olan minimum əməkhaqqı 3,1 dəfə artırılmışdır”.