Azərbaycanın “Uşaq Avroviziyası 2025” müsabiqəsində səs verdiyi ölkələr arasında Ermənistan da yer alıb, lakin Ermənistandan ölkəmizə səs verilməyib.
Bəs Ermənistanın belə bir mövqe tutmasının əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Əli Mustafa bildirdi ki, bunun dövlətlərarası münasibətlərə və siyasi proseslərə ciddi təsiri olacaq:
"Amma hər halda bu, bir jestdir. Biz təbii ki, barışa meyilli olduğumuzu həmin səsvermə ilə, onları dəstəkləməklə göstəririk, amma onlar bunu etmədilər. Əlbəttə, bu onu göstərir ki, erməni cəmiyyətində hələ də hamı barışı istəmir. Yaxud da bizə münasibətdə hələ də hansısa fərqli hisslər qala bilər. Hər halda biz bilirik ki, orada revanşist əhval-ruhiyyə mövcuddur. Hansısa müsabiqədə səs verməyiblər, bunu özləri bilərlər. Amma düşünürəm ki, bunu sadəcə qeyd etmək lazımdır, bir kənara yazmaq kifayətdir. Yəqin ki, bu addım siyasi məsələlərə, Azərbaycanla Ermənistan arasında yavaş-yavaş formalaşan istiləşmə prosesinə ciddi təsir göstərməyəcək".
Nuriyyə NATİQQIZI