Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan ölkəsinin Daxili İşlər Nazirliyini məhkəməyə verib.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Buna səbəb Ermənsitanın Daxili İşlər Nazirliyinin Qurgen Arsenyanın üç şəxsi tapançasını ("Walther", "Beretta-92" və "Glock 42") müsadirə etmək istəməsidir.
Xatırladaq ki, son zamanlar Ermənistanın hüquq-mühafizə orqanları vətəndaşlara, xüsusən də, yüksəkvəzifəli şəxslərə müxtəlif illərdə silah saxlamaq üçün verilən bütün icazələri araşdırır.
KİV-də yayılan xəbərlərə görə, bəzi hallarda icazələrin əsassız verildiyi halları aşkarlanıb, silahlar müsadirə olunub.
(Oxu.az)