Hurriyyet.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xalq artisti Filip Kirkorovu axtarışa verib. Oonun şəxsi məlumatları Ukrayna hakimiyyət orqanlarının müvafiq məlumat bazasına daxil edilib.
Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, Kirkorov müvəqqəti işğal edilmiş ərazilərə giriş və çıxış üçün Kiyev tərəfindən müəyyən edilmiş proseduru pozub və onun bu hərəkətləri "Ukraynanın milli maraqlarına zərər vurmaq" cəhdi kimi qiymətləndirilir. Müğənniyə qarşı qiyabi ittihamlar irəli sürülüb.
Axtarışla bağlı informasiya məlumat bazasına 30 oktyabrda daxil edilib. Artistin özü və ya nümayəndələri bununla bağlı heç bir rəsmi açıqlama verməyiblər.
Hürr Tərcüman