AZ

Abbas Abbasov Azərbaycana gətirilsə, ona bu qədər həbs cəzası veriləcək – YENİ DETALLAR

Ramiz Mehdiyev işi üzrə axtarışa verilən Abbas Abbasovun Azərbaycana gətirilib-gətirilməyəcəyi və onu hansı cəzanın gözlədiyi maraq doğurur. Məlumata görə, Abbas Abbasov Rusiya vətəndaşıdır.

Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı KONKRET.az-a açıqlama verib.

Vəkilin sözlərinə görə, Ramiz Mehdiyev işi üzrə cəlb olunan şəxslərdən biri də Əli Kərimlidir və onun barəsində artıq həbs qətimkan tədbiri seçilib. Abbas Abbasov da bu iş üzrə axtarışa verilib:

“Əgər Abbas Abbasov bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunsa və istintaq aparılsa, ona da Ramiz Mehdiyevə verilən maddələr üzrə cəza təyin edilə bilər. Həmin maddələr üzrə nəzərdə tutulan cəza 20 ildən artıq müddəti əhatə edir”.

Mehman

Mehman Muradlı bildirib ki, Abbas Abbasovun ömürlük azadlıqdan məhrum edilməsi ehtimalı yoxdur:

“Çünki qanunvericiliyə əsasən, 65 yaşdan yuxarı şəxslərə ömürlük həbs cəzası verilmir”.

Vəkil qeyd edib ki, Abbas Abbasov bu işdə üçüncü şəxs qismindədir. Ondan əvvəl Cəmil Həsənlinin də ifadəsinin alındığını və sərbəst buraxıldığını xatırladan Mehman Muradlı əlavə edib:

“Abbas Abbasovla bağlı vəziyyətin necə olacağını istintaqın gedişi göstərəcək”.

Qeyd edək ki, Abbas Abbasovun Rusiya vətəndaşı olması onun Azərbaycana ekstradisiyası məsələsini də hüquqi baxımdan mürəkkəbləşdirə bilər. Bu isə istintaq orqanlarının atacağı addımlardan asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
39
2
konkret.az

3Mənbələr