AZ

Emin Əmrullayev: Azərbaycan üçün ali təhsildə multidisiplinar model zəruridir

Son illər Azərbaycanda ali təhsil sahəsində ciddi irəliləyişə nail olmuşuq.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransında (NASCO XXVIII) deyib.

Nazir bildirib ki, son illər elm və ali təhsilin birgə inkişaf etməsi bütün göstəricilərin, o cümlədən keyfiyyətin, məzmunun yaxşılaşmasına zəmin yaradıb: “Bir çox ölkələrdə doktorantura təhsilinin neçə ilə bitməsi önəmli deyil. Bu kontekstdə, təbii ki, biz də keyfiyyəti önə çəkməliyik. Təəssüf ki, bizim üçün illər önəmlidir. Biri zaman məsələsidir, digəri münasibət”.

nazir əlavə edib ki, ali məktəblərə qəbul planını optimallaşdırmaq, tələbə sayını müəyyən qədər azaltmaqla hər bir tələbəyə düşən resursu və diqqəti artırmaq lazımdır.

"Məqsəd tələbə sayını süni şəkildə artırmaq deyil. Ali təhsillə elm arasında daha çox əlaqə yaradılmalıdır. Bu istiqamətdə əsaslı şəkildə kəmiyyət və keyfiyyət artımı var. Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır. Əgər ümumilikdə, istər idarəetmə, istərsə də maliyyə baxımından qəbul olunan tələbələrin sayını artırırıqsa, lakin bu artımı keyfiyyətlə müşayiət etmiriksə, nəticədə təhsil səviyyəsi aşağı düşür. Bu isə uzunmüddətli perspektivdə universitetlərin və ümumilikdə təhsil sisteminin inkişafına mənfi təsir göstərir”.

nazir hesab edir ki, Azərbaycan üçün ali təhsildə multidisiplinar model zəruridir: "Elə ali təhsil müəssisələrimiz var ki, ancaq dar ixtisaslı kadrlar hazırlayır. Tutaq ki, “X” universitetdə oxuyan hüquq tələbəsi heç vaxt həkim olacaq digər tələbə ilə bir araya gəlmir. Bu halda yetişdirilən kadrlar arasında heç bir bilgi mübadiləsi olmur. Bəlkə hansısa böyük ölkələr üçün bu model uğurludur. Amma Azərbaycan kimi ölkə üçün ali təhsildə multidisiplinar model zəruridir”.

Seçilən
85
3
xezerxeber.az

5Mənbələr