Braziliyada “Azadlıq heykəli” güclü küləyə tab gətirməyərək aşıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 35 metr hündürlüyü olan nəhəng nüsxə yerlə-yeksan olub.
Braziliyanın cənubunda yerləşən “Azadlıq heykəli”nin nüsxəsi güclü külək səbəbindən aşıb.
Məlumata görə, postamentlə birlikdə hündürlüyü 35 metr olan nəhəng heykəl şiddətli hava şəraitinə dözməyərək yıxılıb.
Xuraman Etibarlı
İnterpress.az