
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Sarı Türklərin, Bəyaz Türklərin, Göy Türklərin, Çöl Türklərin... oturaq və köçəri həyat tərzinin yaşamıi, tarixi-coğrafi şifahi və yazılı səhifələri, relyef-labdşaft örtüyü bir sıra maddi-mədəniyyət irsi ilə zəngin olduğu kimi yaratdıqları kökənli toponimlərin etimoloji anlamında da etnogenetik və etnmorfoloji mənsubluq tarixi kerçəklik olaraq günümüzə qədər qorunub saxlanılmışdır. Ən qədim coğrafi Türk yurdlarına (o cümlədən, cənubi Savur/Sabir-Sibir çöllərinin, Altay-Sayın dağlıq qurşağının, Abu-Su/Ob və Yeni Su/Yenisey çayları hövzəsində, Bəygöl/Baykal gölü hüdudlarında) məxsus antronim, oronim və hidronimlərin yaranmasında dini-sakral, mistik-fəlsəfi məna yükü də əsas amil olmuşdur.
Bu baxımdan hidronim kimi əski Türkdilli Hun-Quz-Sak-Uyğur soyluların əcdadlarının cənubi Savur-Sibir çöllərindən axan Şemanixa çayını, oro/teotoponim kimi Bəygöl/Baykal gölündə Şaman qayası/dağını, Ər Qurd/İrkut çayı sahilindəki antrotoponim olaraq Şamancıq kəndini... qeyd etmək olar. Xristianlığa qədərki dini-sakral dünyadərkinin mistik-fəlsəfi təlim-Şaman ocaqlarının, daşlaşmış Ruh abidələrinin sıx yayıldığıAltay diyarı ilə həmsərhəd bu ərazilərdə ruhani mənşəli toponimlərin yaranmasıtəsadüfi olmayıb. Müqəddəs Ruhların dolaşdığı bu əski coğrafi məkanlar boyunca mistik inanca tapınan ŞamanlarŞemanixa çayına dua oxuyublar, suyunu məlhəm sanıblar, od-ocağı söndürəndə yalnız onun suyundan istifadə ediblər, Xeyirin Şərə qarşı çay yatağı zəfər vadisi kimi qiymətləndirilib., dağlarının qoynunda yurd salıb, İlahi İnama açılan ocaq çatıblar...
Bəygöl/Baykal gölünün cənub-qərb hissəsində, Ər Qurd-İrkut çayı sahillərindəki (Şasmancıq şayının mənsəbində) Şaman kəndi sakral ruhun örtüyünə bürünüb.
Ər Hun/Olxon adası Bəygöl/Baykal gölünün şimalında yerləşir, adanın qərbindəki Şaman qayası/dağı (hündürlüyü 36-42 m-ə çatan) Asiya qitəsinin 9 müqəddəs ocaqlarından biridir. Qayalığın altında dini təlimlərin keçirildiyi, eləcə də, qədim yaşayış ocağı kimi istifadə olunmuş Şaman mağarasının (uzunluğu 12 m, eni 3-4,5 m, hündürlüyü 6,5 m) yaşı e.ə.V minillikdən hesablanır. Qayanın/dağın su hövzəsindəki ucqar hissəsi Şaman burnu adlanır. Hun-Quz və Moğol salnamələrinin şifahi tarixi bilgilərinə görə Çingiz xan adada olmuş, Göy Türklərin müdrik və hörmətli böyüyü Hun/Xan-Baba buradayaşamışdır.
Abu-Su/Ob çayının sağ qolu Verdi/Berd çayına soldan qovuşan Şemanixa çayının (uzunluğu 10 km) yatağı Şamanlar vadisi sayılır, Uca Haqqın payı kimi qəbul edilib, Hun-Quz-Sak....tayfaları tərəfindən. Bölgənin hakim etnobirliyini yaradan Hun-Quz-Sak...ittifaqına məxsus toponimlərin əksəriyyəti dini-sakral mənşəli olmaqla Şaman təliminin ruhuna uyğundur, eləcə də, alt qatlarınavə yayılma xüsusiyyətlərinə görə.
Ər Qurd çayınn sol qolu Şamancığın mənsəbində 33 Hun Ərəni haqqında əfsanənin yaranması da Şamançılığın mistik-fəlsəfi dünyadərki və inancı ilə bağlıdır.
E.ə. minilliklərdə, Neolit və Üst Tunc dövrlərində mistik təsəvvürlərdə İlahi Haqqa tapınma ilk növbədə Ruhun Ucalan etiqadları ilə Təcəlla tapdığından ibadətin təzahürü kimi Şamanlar mürid və mürşid rollarında çıxış etmiş, həm də sakral dəyərlər qazanaraq geniş şəbəkə yaratmışlar. Dünyanın Gündoğanından tutmuş Günbatanına qədər indiyədək adlarını yaşadan toponimlərin mövcudluğu da təsadüfi deyil. Belə ki, Şərqi Avropa düzənliyində Şamaxı etno/teotoponiminə etimoloji mənaca doğma olan coğrafi adlar bu mənada az deyil.
Rusiya Fedreasiyasının Nijeqorod vilayətində, Vetluqa çayının sol hissəsində Şemanixa kəndi, Arxangelsk vilayətinin cənub-şərqində Şamanixa kəndi, Kastroma vilayətininŞemanixa kəndi, eləcə də, Sak/Saxa-Yakutiya diyarında Kolıma çayının qolu Şamanixa şayı....kimi toponimlər bu ərazilərin etnokökənli əski Türkdilli qəbilə-tayfa birliklərinin dini-sakral təsəvvüf fəlsəfəsinin yaşamından doğulmuşdur.
Orta Aral/Ural dağlıq qurşağının şərq hissəsində (Yekaterinburq şəhərindən şimal-qərbə 50 km aralıda) əski anlamca “Tutuya” mənasında olan Tatavu gölünün (10-15 min il yaşı var) ucqar cənub-qərbindəki Böyük Şamanixa çayının mənsəbində və eyni adlı körfəzin sahilində Şamanixa kəndi (1942-ci ildən sonra Gölsahili/Приозерная adlanır) Müqəddəs Ruhların qorunduğu ocaqlardan hesab olunur, əski ibadət və dua mərasimlərinin izlərinə relyef-landşadt səhifələrində rast gəlinir (ölkəşünas-tədqiqatçı V.A.Lomkin).
Anadolu yaylası, Qara dəniz hövzəsi....yurdlarının daHun-Quz-Sak...mənşəli toponimlərlə şaxələnməsi bir daha sübut edir ki, e.ə. XII-XI minillikdən məskunlaşan bu ərazilər böyük Avrasiya materikinin bir hissəsi olduğundan əski Türkdilli qəbilə-tayfaları yerli hesab olunmuş, yalnız dil-tələffüz fərqliliyi və minilliklərlə uzanan tarixi dövrün fonetik-sintaksis dəyişikliyi nəticəsində coğrafi assimlyasiya yaranmışdır. Nümunə kimi, Böyük Qafqazın cənub ətəklərində salınmış və ulu əcdadları Hun-Quz-Sak....qəbilələri olanPirdirəki dağı ətəklərindəki Şamaxı şəhəri teotoponiminin yaranması maraq doğurur. Bu şəhərin qədim yurd yerlərindən Xınıslı/Dərə Xınıslı kəndi (şəhərə bitişikdir) etnonimi Hun-Quz tayfalarının adından yarandığı halda dəyişilərək Xun-Qız, Xın-Qız, Xınız...kimi tələffüz edilmiş, dialekt-şivə təhrifinə məruz qalmışdır. Tayfanın dini-sakral irsinə Pirdirəyi dağı, Gülüstan qalası coğrafi-maddi abidə kimi işıq salmaqda, möhür vurmaqdadır.
Xınıslı etnotoponimi olaraq Kürdəmir rayonunda kənd, Türkiyə Cumhuriyyətində şəhər və vilayət adlandırılb. Ağdam rayonu, Xındırstan kəndinin adı da etimoloji mənaca eyni söz kökündən yaranmışdır.
Əksər Türk-Müsəlman toponimlərinin yaranmasına səbəb olan dini-sakral məzmuna qarşı o cümlədən Rusiya dövlət siyasətinə və xalq təfəkkürünə əsasən yabançı yanaşmalardan, aşağılayıcı sarkzmlardan birinə rus şairi A.S.Puşkin (1799-1837) “Qızıl xoruz haqqında nağıl”mənzumunda imza atmış, Şamaxı şahının qızını cadugər, sehrkar, ovsunlayıcı cildində təsvir etmişdir. Əslində, bu nəzm əsərini xalq deyimləri əsasında qələmə alan müəllif xristianlığıa qədərki Türk-Müsəlman inancının simvolu kimi İlahi Haqqa tapınmağın ifadəsi kimi ümumiləşdirilmiş Şaman kultuna qarşı çıxmışdır.
R.S. 2024-cц ildə rus rejissoru M.Merzlikin (1991) lentə aldığı “Şaman” filminin bir çox epizodlarını Altay diyarında çəkib, bu dini-sakral dəyərlərin təcəssümü, İlahi Haqqa Ruhun bağlılığı fərqliyöndən qiymətləndirib.