AZ

Cəlilabadda 80 il öncə qazılmış neft quyusu: Niyə hələ də istismar olunmur? - FOTO

CƏLİLABAD, 15 dekabr. TELEQRAF

Cəlilabadın Ağdaş kəndi neft ehtiyatlarının olduğu ərazilərdən biri hesab olunur.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki,ötən əsrin 50-ci illərində aparılan geoloji kəşfiyyat işləri zamanı qazılan quyuda neft aşkar edilsə də, hasilat aparılmayıb.

Məlumata görə, qazıntı zamanı hətta neft fontanı da qeydə alınıb, bu isə yatağın neftlə zəngin olmasından xəbər verir.

Kənd sakinlərinin sözlərinə görə, geoloji kəşfiyyat çərçivəsində ərazidə üç müxtəlif neft quyusu qazılıb. Qazma işləri yekunlaşdıqdan sonra isə naməlum səbəblərdən bu quyuların fəaliyyəti dayandırılıb, ağızları betonla qapadılıb.

İşlərin dayandırılmasına səbəb kimi qüllədə baş verən ölüm hadisəsi göstərilir.

Bu gün də quyulardan birinin üzərində geoloq Koşman tərəfindən yazıldığı deyilən qeydlər qalmaqdadır ki, bu da hadisələrin ötən əsrin 50-ci illərinə təsadüf etdiyini göstərir. Kənd sakinləri bildirirlər ki, qapadılmasına baxmayaraq, bəzi ərazilərdə hələ də neft sızmaları müşahidə olunur.

Seçilən
134
teleqraf.com

1Mənbələr