AZ

Pozğunluğa qəzəblənən “İbrət Dağı”: 2-ci Vulkan bəlası və Vəba

Tarixdə bəzən elə hadisələrə rast gəlirik, elə faciəvi hadisələrdən xəbərdar oluruq ki, onun insanlıq üçün bir ibrət olduğuna inanırıq.

Hamıya məlumdur ki, elə bir ölkə yoxdur ki, o təbii fəlakətlərlə qarşı-qarşıya qalmasın. Bunu təbiətin şıltaqlığı, yaxud da yerin, göyün, kainatın öz enerjisini atmaq kimi düşünürük.

Amma elə təbii fəlakətlər var ki, o, məhz insanlıq üçün bir ibrət dərsidir.

Mövzuya keçməmişdən əvvəl bu gün təbii fəlakətlərdən birinin xatırlatmaq istəyirik.

NOCOMMET.az xəbər verir ki, 16 dekabr 1631-ci ildə Avropada dəhşət yaşanıb.

Belə ki, qitənin ən aktiv vulkanı Vezuvi püskürüb. Nəticədə, təxminən 4 min adam həyatını itirib. Bu hadisə Avropada ən təhlükəli hesab olunan Vezuvi dağında baş verən ikinci ən böyük fəlakətdir.

Həmin il İtaliya başqa bir bəla ilə döyüşürdü. Yəni, 1629-1631-ci illərdə İtaliyada baş verən vəba epidemiyası, həmçinin Milanın Böyük Vəbası Şimali və Mərkəzi İtaliyanı əhatə etmiş və ən azı 280.000 insanın ölümünə səbəb olmuşdu.

Düşünürük ki, bu ikinci fəlakəti bilmək istəyən oxucularımıza birinci fəlakətdən də danışmaq borcumuzdur. Əslində artıq bəşəriyyət həmin o , “birinci”ni fəlakət yox “ibrətamiz dərs” hesab edir.

Vezuvi dağının qəzəbi , ani püskürmə, dəhşətli kütləvi ölümlər…

Vezuvi dağı İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşir və yüksəkliyi 1280 metr olan vulkanik dağdır. 2000 ildir bəşəriyyət onu “İbrət Dağı” adlandırır.

Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olur.

Təxminən 2000 il əvvəl yaşanan bir lava və kül fəlakəti, bu şəhərin insanlarını ani bir anda yaxaladı.
Elə yerlər olur ki, külün qalınlığı üç metrə çatır (partlayış o qədər güclü olur ki, çox böyük miqdarda kül 20-30 min kilometr yüksəkliyə qalxır. Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olur Fəlakət o qədər ani olur ki, hər şey 2000 il əvvəl olduğu kimi qalır. Sanki zaman dondurulur. Amma qazıntılarda daşlaşmış 1150 insan qalığına rast gəlinir.

Niyə “İbrət Dağı”?

Din xadimlərinin bildirdiyinə görə, Lutun adı Qurani-Kərimin on dörd surəsində (“Əraf”, “Hud”, “Ənam”, “Həcc”, “Şüəra”, “Hicr”, “Nəml”, “Ənkəbut”, “Sad”, “Qaf, “Qəmər”, “Təhrim”, “Ənbiya” və “Saffat”) zikr olunub.

Bu on dörd surənin on birində onun qövmünün adı və qövmü ilə mübahisəsindən qısa və ətraflı söhbət açılıb. Rəvayətlərdən görünür ki, oranın camaatı müxtəlif zülmlərə, azğınlıqlara, zülmcəsinə olunan hökümlərə pis əməllərə, günahlara və bihudə işlərə mübtəla idilər. O zamanadək ki, Lut peyğəmbər onların arasına gəlib və təbliğ edib düz yolu onlara göstərərək öz ağır və çətin risalətini onlara çatdırdı. Lut qövmü də bu təhdidləri yalan saydı.

Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik. (Qəmər surəsi, 33-34)

Əxlaqsız Lut qövmü, yoxsa əxlaqsız pompeylilər?

Əxlaqsızlığın belə əxlaq normaları var. Lut qövmü onlardan öncə kimsənin etmədiyi bir əxlaqsızlığı edir və onlarla eyni təfəkkürdə olmayan, təmiz olanlara qarşı da mübarizə aparır, onları yurdlarından çıxaracaqları ilə hədələyirlər.

Ayələrdən onu da anlayırıq ki, bu qövm əxlaqsızlığı ümumi bir yerdə, camaat içində (Ənkəbut, 28-29) icra edirmiş.

Bu əsl mənada əxlaqsızlığa dəvət mənasını daşıyır. Qapalı bir yerdə zina etmək əxlaqsızlıq, açıq bir yerdə, gözlər önündə zina etmək isə bu əxlaqsızlığa dəvətdir. Lut qövmü məhz bunu edirdi.

“Şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır!” (Hicr surəsi, 73-76)

(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). O zalımlardan də uzaq deyildir! (Hud surəsi, 82-83)

Allahın verdiyi cəza…

İmperator Kaliqula öz bacısı ilə sevgili olub. Şəhər əhalisi isə əxlaqsızlığa meyilli olub. Şəhərin 4 bir tərəfində yayılan fahişəxanaları asan tapmaq üçün penis şəkillərindən istifadə olunub. Şəhər əhalisinin 30 %-i isə homoseksual olub.

Pompey xalqı eyni Lut qövmü kimi cinsi azğınlıqlara yönəlmiş, Allahın əmr etdiyi əxlaqa və həyata zidd bir həyat tərzini seçmişdi. Ancaq onların sonu da Lut qövmü kimi oldu. Çünki Allahın əmrlərinə qarşı çıxan hər bir tayfa, bunun qarşılığını mütləq dünyada, ya da axirətdə alacaq. Bu Allahın bir qanunudur.

Pompeyin belə bir fəlakətlə yer üzündən silinməsinə əlbəttə, dərs çıxaracaq hikmətlər var. Tarixi qeydlər, şəhərin yox olmazdan öncə tam bir azğınlıq mərkəzi olduğunu göstərir. Şəhərin ən qabarıq xüsusiyyəti fahişəliyin çox məşhur olması idi. Ancaq Vezuvinin püskürməsi bir anda bütün şəhəri xəritədən sildi.

Hadisənin ən maraqlı tərəfi isə şəhərin gündəlik həyatı içində, Vezuvinin qorxunc partlamasına baxmayaraq, kimsənin qaça bilməməsi və olduğu yerdə donub fəlakətin fərqində olması idi. Yemək yeyən bir ailə, o andakı kimi eynilə daşlaşmışdı. Çaxnaşmaya qapılanların bəziləri limana doğru qaçmağa başladı, bir qisimi isə özünü evinə bağladı… Limana doğru qaçanları pis bir sürpriz gözləyirdi… Dəniz qabarmışdı, azğın dalğalar gəmiləri lavalara doğru atırdı. Onsuz da göydən də iri qum dənələri şəklində qızğın daşlar yağmağa başlamışdı… Evlərinə sığınanlar isə, sıx kükürd tüstüsündən boğulmamaq üçün özlərini çölə atmaqda, bu dəfə də üzərlərinə yağan daşlarla həlak olmaqda idilər…

Pozğunluq əsnasında daşlaşmış bir çox cüt tapılmışdı. Daha da önəmlisi, bu cütlər arasında, eyni cinsdən olanlar, kiçik oğlan və qız uşaqlar da vardı. Pompey qalıqlarından çıxarılan daşlaşmış insan cəsədlərinin, bəzilərinin üzləri heç pozulmadan qalmışdı. Ümumiyyətlə üz ifadəsi belə dəyişməmişdi. Çünki bu xalq Allahın ayələrində bildirdiyi kimi, “birdən-birə” yox olmuşdu.

Yeri gəlmişkən, vulkan sonuncu dəfə 18 mart 1944-cü ildə püskürmüşdü. Bu, İkinci Dünya Müharibəsi zamanı Müttəfiq qüvvələrinin İtaliyada olduğu dövrdə baş vermiş və yaxınlıqdakı şəhərlərə və ABŞ ordusunun aerodromuna ciddi ziyan vurmuş, lakin əvvəlki böyük püskürmələrlə müqayisədə nisbətən az sayda itki ilə nəticələnmişdir.

Əntiqə Rəşid

Seçilən
11
nocomment.az

1Mənbələr