AZ

Saxlanıldığı deyilən şairlə bağlı yeni detal Xəbər yayılanda...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Saxlanılmağıma dair yayılan xəbərlər məqsədli şəkildə paylaşılan dezinformasiya idi”.

Bunu Globalinfo.az-a açıqlamasında tanınmış şair Vüqar Əhməd deyib.

O, həmin vaxt klinikada olduğunu bildirib:

“Böyrəklərimdə daş var. Həmin gün təxminən səhər saat 5-ə yaxın yatmışam, səhər oyanıb həkimə getmişəm. Həkimim tanınmış biridir, bunu təsdiq də edə bilər. Klinikada olduğum zaman zənglər çox gəldi, mən də telefonu “təyyarə rejimi”nə keçirdim. Belə olanda saxlanılma xəbəri yayırlar?”.

Xatırladaq ki, dekabrın 15-də Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumatlar yayılmışdı. Ardıncı o, xəbəri təkzib etmişdi.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
globalinfo.az

1Mənbələr