AZ

Orta Dəhliz regional əməkdaşlığın dərinləşdirilməsi baxımından iqtisadi cəhətdən səmərəli marşrutlardan biridir - QDİƏT baş katibi (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Orta Dəhliz regional əməkdaşlığın dərinləşdirilməsi baxımındaniqtisadi cəhətdən səmərəli marşrutlardan biridir.

Bunu Trend-ə QaraDəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, səfirLazar Komanesku verdiyi özəl müsahibədə bildirib.

“Dünya üzrə regionlarla əməkdaşlığın dərinləşdirilməsi üçüntəhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutlar zəruridir vəOrta Dəhliz belə marşrutlardan biridir. Bu, həm də iqlim şəraitibaxımından əlverişli olan daha qısa yoldur. QDİƏT qarşılıqlıəlaqəliliyin artırılmasına, eləcə də QDİƏT regionunu dünyanın qalanhissəsi ilə birləşdirən yüksək səmərəli və etibarlı marşrutlarınyaradılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır”, – deyə oqeyd edib.

QDİƏT-in qarşılıqlı əlaqəliliyin genişləndirilməsinindəstəklənməsində oynadığı rola gəlincə, Komanesku bildirib ki,təşkilatın strateji çərçivə sənədi olan yeni “QDİƏT-in İqtisadiGündəliyi” adlı sənəddə əməkdaşlığın prioritet istiqamətləri kimigömrük, nəqliyyat və logistika standartlarının harmonizasiyasınəzərdə tutulub.

“Bu məqsədlə xüsusi işçi qruplarımız fəaliyyət göstərir və onlarümumi maraq doğuran məsələləri mütəmadi olaraq müzakirə edir,onların həlli yollarını axtarırlar. Təşkilatımızın təsisçidövlətlərindən biri olan Azərbaycan bu işçi qrupların fəaliyyətindəfəal iştirak edir və regionun dayanıqlı inkişafına töhfə verir”,-deyə baş katib vurğulayıb.

Qara dənizin dibi ilə Avropaya “yaşıl” enerjinin nəqlini nəzərdətutan sualtı kabel layihəsindən danışan Komanesku bu təşəbbüsün ənçox alqışlanan layihələrdən biri olduğunu qeyd edib.

“QDİƏT-in üç üzv dövlətinin – Azərbaycan, Gürcüstan vəRumıniyanın – bu mühüm layihədə iştirak etməsi QDİƏT-in və Qaradəniz regionunun enerji istehsalı, enerji təhlükəsizliyi vəqarşılıqlı əlaqəlilik baxımından əhəmiyyətini bir daha təsdiqləyir.Məhz buna görə energetika QDİƏT çərçivəsində əməkdaşlığın əsasistiqamətlərindən biridir və QDİƏT-in İqtisadi Gündəliyinin 4-cüMəqsədi dayanıqlı energetika və Qara dəniz enerji bazarınıninkişafına həsr olunub. Xüsusilə, QDİƏT-ə üzv dövlətlərin elektrikenerji sistemlərinin qarşılıqlı birləşdirilməsi layihələrininhəyata keçirilməsinə dəstək, eləcə də enerji sahəsində Avropaİttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdətutulur”,- deyə o əlavə edib.

Komanesku həmçinin qeyd edib ki, QDİƏT qlobal tendensiyaları,tələbatları, prioritetləri və öhdəlikləri diqqətlə izləyir.

“Təşkilatın fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə vəQDİƏT-in İqtisadi Gündəliyinə uyğun həyata keçirilir və eynizamanda dünyanın yeni reallıqlarına uyğunlaşdırılır. Biz hesabedirik ki, ekoloji cəhətdən təmiz həllər daha sağlam icmalarınformalaşmasına töhfə verir və bu prinsip əsasında fəaliyyətgöstəririk. Bu kontekstdə bərpa olunan enerji mənbələrinəinvestisiyalar əsas istiqamətlərdən biridir. İqtisadi Gündəliydəmüəyyən edilmiş QDİƏT-in prioritetlərindən biri “Dayanıqlıenergetika və Qara dəniz enerji bazarının inkişafı”dır. 2018-ciilin iyununda qəbul edilmiş “QDİƏT-in Yaşıl Enerji Strategiyası”naəsaslanaraq, 2050-ci ilə qədər QDİƏT regionunun “təmiz” enerjimodeli kimi formalaşdırılması baxışına uyğun şəkildə üzv dövlətlərarasında bərpa olunan enerji mənbələrinin payının artırılmasına vəenerji səmərəliliyinin yüksəldilməsinə yönəlmiş əməkdaşlığı təşviqedirik”, – deyə o vurğulayıb.

Komanesku bildirib ki, rəqəmsallaşma da QDİƏT-in fəaliyyətindəmühüm aspektlərdən biridir.

“İnformasiya-kommunikasiya texnologiyaları (İKT), energetika,turizm, ticarət və nəqliyyat rəqəmsal transformasiya və rəqəmsaldövlət infrastrukturu üzrə birgə layihələrin hazırlandığısahələrdən yalnız bir neçəsidir”, - deyə baş katib əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan QDİƏT-in bütün sahələr üzrə əsastərəfdaşlarından biridir.

“QDİƏT çərçivəsində 19 əməkdaşlıq istiqaməti mövcuddur vətəşkilat bütün üzv dövlətləri bu sahələrin hər birində fəaliştiraka təşviq edir. Şübhəsiz ki, Azərbaycan ərazisində iriqarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirildiyi və yaplanlaşdırıldığı mühüm nəqliyyat, logistika və enerji mərkəzidir.Azərbaycan digər sahələrdə də QDİƏT üçün vacib tərəfdaşdır.Məsələn, ətraf mühitin mühafizəsi sahəsində, bunun kulminasiyanöqtəsi 2024-cü ilin noyabrında Bakıda COP29-un keçirilməsi oldu.Azərbaycan hökumətinin dəvəti ilə QDİƏT BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının bu mühüm tədbirində ilk dəfə iştiraketdi. Effektiv idarəetmə və dövlət xidmətlərinin göstərilməsi dəAzərbaycanın mühüm töhfə verdiyi istiqamətlərdəndir və bu sahə üzrəmüvafiq QDİƏT işçi qrupuna Azərbaycan koordinasiya edir. ASANmərkəzi vasitəsilə əldə olunan təcrübə digər QDİƏT üzv dövlətləritərəfindən yüksək qiymətləndirilib. Mən şəxsən Bakıda ASANmərkəzini ziyarət etmiş və onun təsirli xidmət sistemi vəprinsipləri ilə tanış olmuşam. Turizm, mədəniyyət, təhsil, İKT,kiçik və orta biznes və digər sahələr Azərbaycanla əməkdaşlığındaha da dərinləşdirilməsinin təşkilata əhəmiyyətli fayda gətirəbiləcəyi istiqamətlərdir”, – deyə o bildirib.

Bundan əlavə, QDİƏT-in baş katibi regional planlaşdırmayaqarşılıqlı əlaqəlilik, ətraf mühitin mühafizəsi, eləcə də “yaşıl”və “mavi” iqtisadiyyat prinsiplərinin inteqrasiyasına çağırıb.

“Müasir geosiyasi mənzərə, əgər səylərimizin nəticələrindənmaksimum dərəcədə faydalanmaq istəyiriksə, bütün maraqlı tərəflərinuzlaşdırılmış və koordinasiyalı fəaliyyətini tələb edir. QDİƏTbirgə strateji məqsədlərin həyata keçirilməsinə töhfə verməyə hazırvə qadirdir. Çoxtərəfli əməkdaşlıq zəifləməməli, əksinə,gücləndirilməlidir. Biz qarşılıqlı əlaqəlilik, ətraf mühitinmühafizəsi, “yaşıl” və “mavi” iqtisadiyyat prinsiplərini regionalplanlaşdırmamıza inteqrasiya etməliyik. Elmi ictimaiyyətləridəstəkləməli, kommunikasiya kanallarını açıq saxlamalı və bütünAvropa və beynəlxalq tərəfdaşlarımızla tədqiqat tərəfdaşlıqlarınıgenişləndirməliyik. Ən əsası isə QDİƏT-in daha geniş regionunun bucür kollektiv təşəbbüslərin həm benefisiarı, həm də iştirakçısıolmasını təmin etmək lazımdır.

Öhdəliklərimiz əvvəlki kimi sabitqədəmdir: Qara dənizin riskzonası deyil, imkanlar məkanı olması üçün bütün beynəlxalq vəregional təşkilatlar, eləcə də digər tərəfdaşlarla əməkdaşlıqetmək. Qarşılıqlı əlaqəlilik, energetika, iqlim, ətraf mühitinmühafizəsi, mədəniyyət və turizm kimi sahələr bu baxımdan böyükimkanlar açır, çünki onlar bu tərəfdaşların əksəriyyətiningündəliyində əsas yer tutur”, – deyə o izah edib.

Komanesku vurğulayıb ki, QDİƏT geniş Qara dəniz regionundayeganə tamhüquqlu və ən qədim regional hökumətlərarası iqtisaditəşkilatdır.

“Təşkilat təxminən 20 milyon kvadratkilometr sahəni əhatə edən,yüksək geosiyasi əhəmiyyətə malik bir ərazini və təqribən 350milyon nəfərlik bazarı özündə birləşdirir. Bu, regional vəçoxtərəfli iqtisadi əməkdaşlıq üçün unikal və perspektivliplatformadır. Tərkibinə dünyada müxtəlif məhsulların ən iriistehsalçı və ixracatçıları sırasında yer alan üzv dövlətlərdaxildir. Regionun tarixi abidələri və gözəl təbiəti kimi digərresurslarını da unutmaq olmaz.

Eyni zamanda, regionumuz tarix boyu mürəkkəb olub. Müxtəlifdövrlərdə üzv dövlətlər arasında baş verən münaqişələr regionuniqtisadiyyatına mənfi təsir göstərib. Lakin bütün bu çətinliklərəbaxmayaraq, dialoq heç vaxt kəsilməyib. QDİƏT sülhün, sabitliyin vərifahın təşviqi yolu ilə Qara dəniz xalqlarını birləşdirənplatforma olmaqla yanaşı, geniş sahələr üzrə əməkdaşlıq üçün mühümforum rolunu oynayır. Biz əminik ki, güclü, sabit və vahid regiononun bütün sakinləri üçün faydalıdır və hesab edirəm ki,ölkələrimiz bunu yaxşı dərk edirlər. Həmişə yadda saxlamaq lazımdırki, təhlükəsizliyin mühüm iqtisadi ölçüsü mövcuddur və iqtisadiəməkdaşlığın təşviqi və gücləndirilməsi təhlükəsizlik səviyyəsininartırılmasının ən dəyərli və səmərəli yoludur”, - deyə oyekunlaşdırıb.

Seçilən
58
2
az.trend.az

3Mənbələr