Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan ona məxsus odlu silahların müsadirə edilməsi niyyəti ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Məlumata görə, diplomat İnzibati Məhkəməyə müraciət edərək nazirliyin üç şəxsi tapançanın (Walther, Beretta-92 və Glock 42) müsadirəsindən və ya sıradan çıxarılmasından imtina etməsinə dair qərar qəbul edilməsini tələb edib.
Nəşrin yazdığına görə, son vaxtlar Ermənistan DİN müxtəlif illərdə, o cümlədən yüksək vəzifəli şəxslərə verilmiş silah icazələri ilə bağlı yoxlamalar aparır.
Bir sıra hallarda bu yoxlamaların nəticəsinə əsasən silahların müsadirə edilməsi və ya istifadəyə yararsız vəziyyətə salınması qərara alınıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta