Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 804 milyon 183,89 min kubmetr həcmində təbii qaz ixrac edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 117 milyon 484,65 min ABŞ dolları təşkil edib.Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 3,05 % az, dəyəri isə 6,7 % çoxdur.Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,69 % olub.Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.