
Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni Filip Kirkorovu axtarışa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumatlarına istinadla TASS agentliyi məlumat yayıb.
Onun haqqında məlumatın axtarış siyahısına oktyabrın 30-da daxil edildiyi, lakin ictimaiyyətə yalnız indi məlum olduğu bildirilir.
28 oktyabrda SBU ona Krım və Donetsk Xalq Respublikasındakı çıxışları ilə əlaqədar qiyabi ittiham irəli sürüb.
Oktyabrın 28-də Ukrayna Baş Prokurorluğu Filip Kirkorova Krım və Donetsk Xalq Respublikasındakı çıxışları ilə əlaqədar qiyabi ittiham irəli sürüb.
İttiham mətninə görə, Kirkorov müntəzəm olaraq Kiyevin özününkü hesab etdiyi bölgələrdə tədbirlərdə iştirak edib. Bundan əlavə, sənətçi 18 mart 2021-ci ildə Moskvadakı Lujniki stadionunda Krımın Rusiyaya birləşdirilməsini dəstəklədiyi mitinq-konsertdə iştirak edib.
Ukrayna hüquq-mühafizə orqanlarının rəsmiləri əlavə ediblər ki, rusiyalı ifaçı 2022-ci ildə Feodosiyadakı hərbi hospitala baş çəkib və orada rus əsgərlərinə dəstək olub, 2024-cü ildə isə Qorlivkadakı hərbi hospitalda mahnı oxuyub .