AZ

"Barselona" alternativ variant tapıb

 Dortmund “Borussiya”sının müdafiəçisi Yulian Ryerson karyerasını “Barselona”da davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sport Germany"a istinadən məlumatına görə, Kataloniya təmsilçisi norveçli futbolçunu Jül Kunde üçün alternativ variant kimi nəzərdən keçirir.  

Mənbənin məlumatına görə, İspaniya klubu fülbek mövqeyi üçün daha sərfəli gücləndirmə axtarışındadır və artıq 28 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparılıb. Lakin tərəflər arasında hələlik konkret razılaşma əldə olunmayıb.

Ryersonun Dortmund təmsilçisi ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bununla belə, futbolçu yay transfer pəncərəsində klubunu dəyişmək variantını istisna etmir. Transfermarkt portalı Yulian Ryersonun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Seçilən
56
90deqiqe.az

1Mənbələr