BAKI, 16 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 11 milyard 514 milyon 966.53 min dollar dəyərində 22 milyon 132 min 445.56 ton xam neft və xam neft məhsulları ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 6,5 milyard dollar dəyərində 12 670 719.72 ton neft ixrac edilib.
İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 405 059.25 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 742 159.08 dollar olub.
Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 1 255 021.16 ton xam neftin statistik dəyəri 666 587.01 min dollar təşkil edib.
Bundan əlavə, Rumıniya 1 043 111.41 ton ( 559 691.19 min dollar ), Almaniyaya isə 956 716.48 ton (502 018.65 min dollar ) həcmində xam neft ixrac olunub.