AZ

ABŞ hərbçiləri Ukrayna ilə ərazi mübahisələrini müzakirə edəcəklər

ABŞ və Ukrayna hərbçiləri ərazi məsələlərini müzakirə etmək üçün Mayamidə görüşəcəklər.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Qeyd edilib ki, Berlində ABŞ-Ukrayna danışıqları zamanı bir çox ərazi məsələləri müzakirə olunub. Bunların arasında Rusiya və Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) nəzarətini bölüşməsi təklifi hazırlanır.

Qeyd olunub ki, bu həftə sonu Mayamidə işçi qrupları toplanaraq qalan ərazi məsələlərini həll etmək üçün xəritələri hazırlayacaqlar.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
51
missiya.az

1Mənbələr