AZ

“Arsenal”ın daha bir müdafiəçisi zədələnib

Bakı, 16 dekabr, AZƏRTAC

İngiltərənin “Arsenal” komandası ciddi itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Ben Uayt zədələnib.

28 yaşlı ingilis futbolçu Premyer Liqanın XVI turunun "Vulverhempton"la oyununun (2:1) ilk hissəsində zədə alıb və sonradan əvəzlənib. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, "Arsenal"ın digər müdafiəçiləri - Qabriel və Kristian Moskera da hazırda zədə səbəbindən oynamırlar.

Seçilən
157
azertag.az

1Mənbələr