Bakı. Trend:
Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əməkmünasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətininmöhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosialhəyatında önəmli yer tutur.
Trend xəbər verir ki, bufikir Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə işçilərin əmək vəsosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitininyaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsisahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarınaçevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələrqurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süniintellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətinivə məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır.