"Son 10-20 ildir ki, Azərbaycanda ali təhsil, elm məkanı irəliyə doğru gedir".
APA xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, əsas inkişaf göstəriciləri keyfiyyətli ölçmə mədəniyyətinin yaranmasıdır və bu, böyük dəyişiklikdir:
“Son illərdə elm və ali təhsil müəssiələrinin, elm və təhsilin birgə inkişaf etdirilməsi vacib məsələdir. Təhsil pillələrini bir-birindən ayırıb müzakirə etmək səmərəli deyil. Bizim keyfiyyətli məktəbəqədər təhsilimiz yoxdursa, keyfiyyətli ibtidai təhsilimiz, keyfiyyətli ibtiadi təhsilimiz yoxdursa, keyfiyyətli ümumorta təhsilimiz olmayacaq. Yəni, məsələyə kompleks şəkildə yanaşmaq lazımdır”.