AZ

"Salah gələn mövsüm “Liverpul”da olmayacaq"

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karraqer Məhəmməd Salahın klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Gələn mövsüm Məhəmməd Salahı ‘Liverpul’un heyətində görəcəyimi düşünmürəm. Mənim üçün əsas sual odur ki, biz onu bu çempionatın sonuna qədər komandada görə biləcəyikmi. Düşünürəm ki, əgər o, indi getsə, buna ciddi şəkildə peşman olacaq.

Aydındır ki, onun Arne Slotla müəyyən fikir ayrılıqları var. Lakin mən baş məşqçinin addımını xüsusilə qeyd etmək istəyirəm. O, Sadəcə olaraq Salahı ‘Brayton’la oyunun iştirak ərizəsinə daxil etməyə bilərdi, amma komandanın maraqlarını hər şeydən üstün tutdu. Nəticədə Salah meydana çıxdı və komandaya kömək etdi.

Mən inanmıram ki, Salah ‘Liverpul’dan ‘Real Madrid’ə və ya ‘Barselona’ya keçsin. Söhbət yalnız Səudiyyə Ərəbistanı liqasından gedə bilər. Bununla belə, mövsümün ikinci yarısında ‘Liverpul’ İngiltərə Kubokunda və ya Çempionlar Liqasında finala qədər irəliləyə bilər. Təsəvvür edin ki, Salah Səudiyyə Ərəbistanında oturub keçmiş komandasının Budapeştdə Çempionlar Liqasının finalına yüksəlməsini izləyir.

O, hörmət dəhlizinə, tribunalardan bannerlərə və ailəsi ilə birlikdə meydana çıxmaq fürsətinə layiqdir. Məşqçi ilə olan münaqişəni bir kənara qoyub, ‘Liverpul’da keçirilə biləcək üç-dörd ay haqqında düşünmək lazımdır”

Qeyd edək ki, cari mövsümdə misirli hücumçu Premyer Liqada keçirdiyi 14 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
80
43
90deqiqe.az

10Mənbələr