AZ

Hindistanda yeddi avtobus və üç avtomobil toqquşub

Hindistanda

Hindistanın şimalındakı Uttar Pradeş ştatında, Dehli-Aqra magistral yolunda yeddi avtobus və üç avtomobilin toqquşması nəticəsində ən azı dörd nəfər ölüb, 25 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, qəza dekabrın 16-sı səhər saatlarında Mathura şəhəri ərazisində qatı duman səbəbindən baş verib. Toqquşma nəticəsində avtobuslar yanıb.

Hadisə yerinə təcili yardım maşınları və 11 yanğınsöndürən briqadası göndərilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məryəm Quliyeva

Seçilən
37
1
xalqcebhesi.az

2Mənbələr