"The Index Insider" nəşri idmançılar arasında ən bahalı sığorta müqavilələrinin reytinqini tərtib edib.
Publika.az xəbər verir ki, siyahıda açıq fərqlə birinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb.
Məlumdur ki, argentinalı futbolçunun sol ayağı 900 milyon dollara sığortalanıb. Lakin məbləğin məhz bu qədər olduğu heç vaxt rəsmi şəkildə təsdiqlənməyib.
Əfsanəvi futbolçu Devid Bekhem 195 milyon dollara bədənini tam şəkildə sığortalayıb. "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo isə atletikanın əfsanəsi Useyn Bolt kimi hər iki ayağını sığortalayıb.
NBA "kral"ı Lebron Ceymsə hansısa formada fiziki formasını sığortalamağa icazə verilib. Amerikalı futbolçu (NFL) Tom Bredinin əli, qolfçu Tayqer Vudsun zərbə texnikası (svinqi), məşhur Formula 1 pilotu Fernando Alonsonun isə baş barmaqları sığortalanıb.