AZ

Sosial şəbəkə trendi təhlükə saçır:Yuyucu toz kimyəvi yanıqlara səbəb olur

Paltaryuyan tozundan düzgün istifadə edilməməsi kimyəvi yanıqlara səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə yanıq cərrahı Ayrat Şəripov xəbərdarlıq edib.

O, təhlükə barədə sosial şəbəkələrdə yayılan və bəzi istifadəçilərin saçlarını yuyucu tozla yumasını təşviq edən yeni trendi şərh edərkən danışıb.

Cərrahın sözlərinə görə, bu cür trend kimyəvi yanıq riskini artırır. Həkim izah edib ki, kimyəvi yanıq adi yanıqdan fərqli olaraq dərhal ağrı vermir və saatlar ərzində formalaşır. Zədələnmənin dərinliyi isə kimyəvi maddənin təsirindən yalnız bir neçə gün sonra tam aydın olur.

Şəripov qeyd edib ki, kimyəvi yanıq olduqca təhlükəlidir. “Kimyəvi yanıqlar üçüncü dərəcəyədək dərin zədələnmələrə, hətta amputasiyaya qədər gətirib çıxara bilər. Onlar toxumaların nekrozuna səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.

Aytəkin TOFİQQIZI

Seçilən
109
1
redaktor.az

2Mənbələr