AZ

Mark Qehi qışda Premyer Liqa nəhənginə keçə bilər

“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qehi karyerasını “Mançester Siti”də davam etdirə bilər.

90deqiqe.Az-ın "The Times"ə istinadən məlumatına görə, “şəhərlilər”in rəhbərliyi 25 yaşlı futbolçunu müdafiə xəttinin gücləndirilməsi üçün əsas namizədlərdən biri kimi dəyərləndirir.

“Liverpul”a planlaşdırılan yay transferinin baş tutmamasından sonra İngiltərə millisinin üzvü London klubu ilə 30 iyun 2026-cı ilədək qüvvədə olan müqaviləsini uzatmaqdan imtina edib. Futbolçu komanda dəyişməyə qərarlıdır və “Mançester Siti” onun inkişafını artıq uzun müddətdir izləyir.

Klubda müdafiə xəttində ciddi yenilənməyə hazırlaşırlar. Bu kontekstdə Qehi uzunmüddətli perspektiv üçün uyğun variant kimi nəzərdən keçirilir. “Kristal Pelas”da isə müdafiəçinin mümkün gedişini istisna etmirlər və onun pulsuz ayrılmasının qarşısını almaq üçün artıq qış transfer pəncərəsində satış variantını dəyərləndirə bilərlər. Çünki futbolçuya bir neçə top-klub maraq göstərir.

Cari mövsümdə ingilis futbolçu 25 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı Mark Qehinin transfer dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Seçilən
59
90deqiqe.az

1Mənbələr