AZ

Ariel Kohen: TRIPP layihəsi Azərbaycanın ortasında olduğu böyük bir kəmərin ərsəyə gəlməsi deməkdir

Vaşinqton, 16 dekabr, AZƏRTAC

“TRIPP layihəsinin potensialı Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün çox böyükdür”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında amerikalı ekspert Ariel Kohen deyib. O bildirib ki, layihə Orta Asiyanı və Xəzər bölgəsini Türkiyə ilə və daha sonra Aralıq dənizi limanları ilə birləşdirir.

“Nəticə etibarilə, sabit İraq və Suriya olarsa, bu, Qafqazı Yaxın Şərqlə də birləşdirəcək. Bu o deməkdir ki, Abraham Sazişi ölkələrinin və Prezident İlham Əliyevin müdrikcəsinə Bakını mərkəzinə qoyduğu Mərkəzi Asiya ölkələrinin sırası genişlənəcək. Bu, Azərbaycanın tam ortasında olduğu böyük, gözəl bir kəmərin ərsəyə gəlməsi deməkdir”, - deyə ekspert əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
115
1
azertag.az

2Mənbələr