AZ

Dekabrın 15-də ölkə üzrə 40 cinayətin açılması təmin edilib – DİN

Dekabrın 15-də ölkə ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 40 cinayətin açılması təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumat yayıb. 

Gün ərzində axtarışda olan 264 nəfər saxlanılıb. Onlardan 231-i borclu şəxs qismində axtarışda olanlar olub və aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə əlaqəli 6 fakt, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 14 fakt müəyyən edilib.

Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Gülnar 

Seçilən
150
anews.az

1Mənbələr